Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Yol polisindən Allaha şikayət edən kimdir?
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu
Əvəz Zeynallı Türkiyəyə gedir
Çağırışdan yayınsanız... - Cərimələnəcəksiz
Netanyahunun Bakı səfəri... - Proqram açıqlandı


15.12.2021  14:28 

Brüssel razılaşması: Bakı Laçın dəhlizinə post quracaq





A+  A-



Brüssel görüşündə əsas məqamlardan biri Zəngəzur dəhlizi ilə bağlıdır: Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib, lakin İrəvanın dediyi kimi, burada gömrük və sərhəd nəzarəti qurulacaq;
Praktiki addımlar bu razılaşmaya əsasında atılarsa:

1. Azərbaycan Naxçıvana dəhlizlə yox, nəqliyyat yolu ilə çıxacaq;

2. Azərbaycan Laçın dəhlizində gömrük və sərhəd nəzarəti quracaq: Əliyev görüşdən öncə bunu şərt olaraq irəli sürdü;

Və istisna deyil ki, bu razılaşma Əliyevlə Paşinyanın təkbətək görüşündə əldə edilib.
Laçın dəhlizində gömrük və sərhəd nəzarəti postunun qurulması müharibədən sonra ən böyük qazanclardan biri ola bilər:

- Qarabağa qanunsuz daşımaların qarşısı alınacaq;

- Rus sülhməramlılarının bölgədəki təsir imkanları zəifləyəcək;

- Ermənistana bizim gömrük postundan keçərək gedən ermənilər üzərində idarəçiliyi müəyyən qədər bərpa edə biləcəyik;

- Və ən əsası Laçın dəhlizi dəhliz olmayacaq;

Burada əsas məqam Bakı və İrəvanın “dəhlizlər” üzərindəki nəzarətlərindən rıçaq kimi istifadə imkanlarıdır: Bakı Laçın dəhlizini, İrəvan Zəngəzur dəhlizini bağlamaqla siyasi proseslərə təsir edə bilər, hərçənd, Zəngəzur dəhlizindən (Naxçıvana gedən yol) təkcə Azərbaycan yox, Türkiyə, İran və Rusiyanın da istifadə edəcəyini nəzərə alsaq, Bakı ilə müqayisədə İrəvanın bundan rıçaq kimi istifadə imkanları zəifləyir;

Brüssel anlaşmasının praktiki mərhələdə işləyəcəyi sual altındadır. Dəhlizlərə “gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması”, yəni tərəflərin öz nəzarətində olması rusların marağında deyil. Bu baxımdan, Moskvanın mövqeyinin hansı istiqamətdə olacağına baxmaq lazımdır.

Lakin Moskvada da, Brüsseldə də Bakı qazanclı çıxdı və hər iki halda – kommunikasiyanın dəhliz, yaxud yol məntiqi ilə açılması Azərbaycana sərf edir.

Asif Nərimanlı

Xəbər 1744 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +