Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


28.04.2025  11:45 

“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar





A+  A-

Amerikada yaşayan jurnalist Qənirə Ataşova “VMR Klinikası”nın rəhbəri Vüsal Həsənovla bağlı ilginc faktlar ortaya çıxarıb. O V.Həsənovun bir neçə dəfə həbs həyatı yaşadığını bildirib.

XəzərNews.az xəbər verir ki, Q.Ataşova əlində bu faktları təsdiqləyəcək sənədlərin də olduğunu bildirib:

“Əldə etdiyimiz məlumata görə, Vüsal Həsənov Ermənistanda, Krasnoselsk rayonunda anadan olub, hazırda Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatdadır. Onun rəsmi lisenziya olmadan klinika fəaliyyəti göstərdiyi və qeyri-rəsmi münasibətdə olduğu Gülsüm Əliyevanın isə həkimlik təhsili olmadan insanlara cərrahi əməliyyatlar apardığı müəyyən edilib.

Maraqlıdır ki, Həsənov Vüsalın cinayət keçmişi də kifayət qədər zəngindir. Rəsmi məhkəmə qərarlarına əsasən, o, müxtəlif illərdə bir neçə dəfə məhkum olunub:

13.05.2004-cü il – Bakı Suraxanı RPİ tərəfindən dələduzluq işi üzrə məhkumluq,

16.10.2004-cü il – Mingəçevir Məhkəməsinin qərarı ilə dələduzluq,

30.09.2005-ci il – Apellyasiya Məhkəməsinin qərarı ilə dələduzluq,

11.11.2007-ci il – Yasamal RPİ tərəfindən xuliqanlıq faktı üzrə məhkumluq.

Bu qədər açıq faktlardan sonra bu adam istəsə belə məni məhkəməyə versin! Qoy sübut etsin ki, barəsindəki bu rəsmi cinayət qeydləri uydurmadır!

Hər şey sübutlarla, sənədlərlə ortadadır. Dələduzluqda məhkum olunan indi insanlara şəfa verməyə çalışır”.

Xəbər 1649 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +