Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


25.11.2017  11:58 

Polis cibgiri metroda YAXALADI





A+  A-

Noyabrın 24-də İmişli rayon sakini Orxan Əliyev və Bakı şəhər sakini Əsmər Səlimova metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarında ciblərindən mobil telefonlarının oğurlanması barədə Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə müraciət ediblər.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə cibgirliklə məşğul olan qadın müəyyən edilib və elə həmin gün saat 20.10 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında o “isti izlər”lə yaxalanaraq şübhəli şəxs qismində Polis Şöbəsinə gətirilib.
Araşdırmalarla onun Bakı şəhərində yaşayan Əsmər Hüseynova olduğu müəyyən edilib.

Üzərinə baxış keçirilərkən oğurladığı 2 ədəd mobil telefon - “İphone 5S” və “Lenova K5” aşkar olunaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs telefonları cibgirlik yolu ilə götürdüyünü etiraf edib.

Maddi sübut kimi götürülmüş həmin mobil telefonların İmişli rayon sakini

O.Əliyevə və Bakı şəhər sakini olan Ə.Səlimovaya məxsus olduğu müəyyən edilib.

Saxlanılan şəxsdən əvvəl oğurladığı daha 2 ədəd mobil telefon da aşkar olunaraq götürülüb və onların sahiblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsində araşdırma aparılır. Ə.Hüseynovanın digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Xəbər 1694 dəfə oxunub.



24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +