“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


06.12.2018  12:54 

Eks-nazir qardaşı 140 min dolları hədə-qorxu ilə alıb - Məhkəmə başladı





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun məhkəməsi başlayıb.
XəzərNews.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş Rəşad Tahirov mülki iddia verərək Ə. Əhmədovun ona dəyən ziyanı ödəməsini tələb edib.

Ə. Əhmədovun vəkillərinin cinayət işinə xitam verilməsi və onun ev dustaqlığına buraxılması barədə vəsatətləri təmin edilməyib.

Proses dekabrın 19-da davam etdiriləcək.

İttihama görə, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir. Ə.Əhmədov Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyində vəzifə tutub.

O, 2016-cı ilin iyun ayında polkovnik Hörmət Əskərova sələmə 100 min dollar pul verib. Hörmət isə pulu və faizini qaytara bilməyib. Buna görə iyulun 2-də H. Əskərovu "Parkplyus" əyləncə mərkəzində yerləşən ofisinə çağırıb qapını bağlayaraq girov saxlayıb və pulu verməyəcəyi təqdirdə buraxmayacağını deyib. Həmin zaman ona bir neçə dəfə zərbə də vurub. Daha sonra Rəşad Tahirovun qohumu Hörmətə kömək edəcəyini vəd etdiyini öyrənib. Bunu bəhanə edərək Rəşad Tahirova mesaj yazaraq onu və ailə üzvlərini məhv edəcəyi ilə hədələyib. Ə.Əhmədov avqust-sentyabr aylarında Rəşad Tahirovdan 140 min dollar alıb.

H. Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H. Əskərov da dələduzluğa həbs edilib və hazırda məhkəmə prosesində konvoyun nəzarəti ilə iştirak edir. Onun bu işdəki digər zərərçəkmiş Rəşad Tahirova pul "atıb". H. Əskərovun cinayət işi üzrə istintaq hazırda davam etdirilir.

H. Əskərov Rəşad Tahirovun arvadının qohumudur.

O, Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 145-ci (adam oğurluğu) maddələri ilə ittiham olunur.

Xəbər 1931 dəfə oxunub.




25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +