“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


23.05.2018  16:04 

“Alışanov 340 hektar torpağa 7 milyon manat pul verib” - AzTV-nin o üzü...





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
XəzərNews.az-ın xəbərinə görə, prosesdə AzTV sədrinin sürücüsü Hacı Babayev tərəflərin suallarını cavablandırıb. Bildirib ki, torpaqların alqı-satqısını təqsirləndirilən Ş.Əkbərov həyata keçirib: "Mən yalnız sənədlərə qol çəkmişəm. Torpaqların alınması üçün Arif Alışanov mənim adıma etibarnamə verməyib. Şücayət torpaqları Arif müəllimin pulu ilə alırdı. Torpaqların alınması məsələsini də Şücayətdən Arif Alışanovun özü xahiş edirdi".

Zərərçəkmiş ifadəsində bildirib ki, təqsirləndirilən şəxslər tərəfindən sui-qəsd olunan zaman ona heç bir zərər dəyməyib. Təqsirləndirilən Ş.Əkbərov isə qeyd edib ki, A.Alışanov H.Babayevin adına 340 hektar torpaq alıb və həmin torpaqlara 7 milyon manat pul verib”.



Daha sonra prosesdə şahid qismində A.Alışanovun qaynı Vidadi Cəfərov dindirilib. O, ifadəsində kənd təsərrüfatı qurmaq məqsədilə 200 min manat pul verdiyini, 2017-ci ildə isə Arif Alışanovun aldadıldığını eşitdiyini göstərib. Şahid təqsirləndirilən şəxsləri "şərəfsiz" adlandırıb. “Bu şərəfsiz Alışanovu öldürmək istəyirdi”-o üzünü dəmir barmaqlıqlar arxasında oturan Şücayət Əkbərova tutaraq deyib.

Bu zaman Ş.Əkbərovla şahidin arasında mübahisə yaranıb. Onlar bir-birlərini söyüblər. Hakim şahidi zaldan çıxarıb.

Digər şahid Etibar Bağırov isə ifadəsində A.Alışanova 1 milyon 800 min manat pul verdiyini deyib: "Arif müəllim də pulu Şucayətə verib. Belarusda biznesim var, özüm də idman müəllimiyəm".



Şahidlərdən Kamal Camal da ifadə verib. O, AZTV-də çalışdığını, A.Alışanovun “müəyyən işlərini” gördüyünü bildirib. Amma söhbətin hansı işlədən getdiyini deməyib. O, bir neçə torpaq alqı-satqısında iştirak etdiyini ifadə edib: "Arif müəllim pulu Şücayətə verirdi, o da sayıb götürürdü".

Şahidin dindirilərkən Ş.Əkbərovla onun arasında mübahisə yaranıb. Ş.Əkbərov şahidi təhqir edib. Məhkəmə təqsirləndirilən şəxslərin zaldan çıxarılması barədə qərar verib. Yalnız A.Hüseynov məhkəmə zalında saxlanılıb. Proses onların iştirakı olnadan davam etdirilib.

Daha sonra şahid qismində A.Alışanovun qardaşı ifadə verib. O bildirib ki, 2012-ci ildən torpaq alınması ilə bağlı qardaşı A.Alışanovla məsləhətləşib. O, ifadəsində qardaşına 200 min manat pul verdiyini, lakin özünün Şamaxıya getmədiyini deyib.

Xəbər 1708 dəfə oxunub.




25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +