Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


14.08.2017  16:19 

Azərbaycan sərhədində külli miqdarda siqaret tutuldu





A+  A-

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında İdarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikası, Azərbaycan Respublikası və Gürcüstan ərazilərindən tranzit keçməklə İraq Respublikasından Türkiyə Respublikasına yüksüz gedən Türkiyə Respublikası vətəndaşı Yıldırım Süleymanın idarə etdiyi “VOLVO” markalı 47 PC 821/33 AS 368 nömrə nişanlı soyuducu yük avtomobili saxlanilib.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a daxil olan xəbərə görə, gömrük və sərhəd xidməti əməkdaşları birgə yük avtomobilinəəsaslı baxış keçirilib. Baxış zamanı avtomobilin qoşqusunun sağ tərəfdən aşağı hissəsindəki metal lövhələrə fiziki müdaxilə olunduğu nəzərə çarpıb. Sonra həmin metal lövhələr açılıb və lövhələrin arxasında, qoşqunun döşəməsinin alt hissəsindəki boşluqlardan malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan aksiz markası ilə markalanmamış, 800 ədəd
üzərində “GSS”, 1800 ədəd üzərində “Brilliant”, 5000 ədəd üzərində “OSCAR”, 6000 ədəd üzərində “KİNG”, 8000 ədəd üzərində “MM” və 408000 ədəd üzərində “Victory” yazısı olan, ümumilikdə 429600 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1949 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +