Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


14.10.2020  16:11 

“Əsas odur ki, Türkiyə bu masada olsun”





A+  A-

“De-yure, ya da de-fakto, fərq etməz. Əsas odur ki, Türkiyə bu masada olsun”.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev “Habertürk” kanalına müsahibəsində jurnalistin “Türkiyə masada rol almalıdırmı?” sualına cavabında deyib: “O ki qaldı, Minsk qrupunun fəaliyyəti ilə əlaqədar məsələyə, mən artıq bir neçə dəfə demişəm ki, Minsk qrupu 1992-ci ildə yaradıldı. O zaman hansı əsaslar buna səbəb oldu biz bilmirik. O qrupda elə ölkələr var ki, heç bu bölgə ilə maraqlanmırlar. Heç bu bölgədə onların hər hansı maraqları da yoxdur, təsiri də yoxdur. Ona görə əgər bu münaqişənin həll edilməsini istəyirlərsə, - biz bunu istəyirik, - elə ölkələr olmalıdır ki, onlar real həyatda sülhün təmin olunmasına xidmət edə bilsinlər.

Təbii ki, biz qardaş Türkiyəni bu prosesdə görürük. Biz bunu alqışlayırıq. Biz bilirik ki, Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin yəqin ki, hüquqi prosedurları var. Biz o dərinliyə getmək istəmirik. Ona görə mən demişəm ki, de-yure, ya da de-fakto, fərq etməz. Əsas odur ki, Türkiyə bu masada olsun. Onsuz da var. Çünki əziz qardaşım, hörmətli Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsi ilə bağlı hörmətli Putinlə dəfələrlə görüşmüşdür, dəfələrlə danışmışdır. Artıq uzun illərdir, yəni, on ildən çoxdur ki, bu məsələ Türkiyə-Rusiya gündəliyində duran bir məsələdir. Mənim bundan xəbərim var. Həm Türkiyə Prezidenti, həm Rusiya Prezidenti bu haqda mənə demişdilər. Onsuz da Türkiyə var. İndi daha çox, daha böyük həcmdə, daha böyük miqyasda var.

Bilirsiniz ki, Türkiyənin Xarici İşlər naziri cənab Mövlud Çavuşoğlu cənab Lavrovla, Türkiyənin Müdafiə naziri cənab Hulusi Akar cənab Şoyqu ilə telefonla danışırlar. Kim deyə bilər ki, Türkiyə prosesdə yoxdur. Türkiyə yoxdursa, nə üçün danışırsınız? Türkiyə var. Biz də əlimizdən gələni edəcəyik ki, bundan sonra da olsun. Çünki Türkiyənin burada iştirakı olmasa, bu məsələ həll edilə bilməz. Bunu hər kəs anlamalıdır. O ki qaldı, yenə də deyirəm, bu məsələnin formal tərəfinə, bu formal tərəf qala bilər, Minsk qrupu da qala bilər, onsuz da 30 il ərzində bir nəticə hasil etmədi. Ancaq bu məsələ nə qədər tez həll olunarsa, o qədər də tez Minsk qrupuna ehtiyac qalmayacaq”.

Xəbər 2167 dəfə oxunub.




26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +