İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


17.06.2021  08:53 

22 min şagird üçün böyük həyəcan





A+  A-

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək.
DİM-dən XəzərNews.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi, Sabunçu, Pirallahı rayonlarında, həmçinin Samux, Şəmkir, Qax, Cəlilabad (2-ci hissə), Füzuli, Kürdəmir, Quba (2-ci hissə), Neftçala rayonlarında keçiriləcək imtahanlarda 22698 şagirdin iştirak edəcəyi gözlənilir.

İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Xatırladaq ki, 16-17 iyun tarixlərində keçiriləcək buraxılış imtahanlarına ümumilikdə 225 imtahan binası, 3600 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 225 ümumi imtahan rəhbəri, 600 imtahan rəhbəri, 4524 nəzarətçi-müəllim, 450 buraxılışı rejimi əməkdaşı (mühafizə), 225 bina nümayəndəsi ayrılıb.

Xəbər 1991 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +