İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


08.12.2017  11:54 

Qrip yayılıb - Səhiyyə Nazirliyindən AÇIQLAMA





A+  A-

Havanın temperaturunun kəskin düşməsilə hər birimizin ən yüngül xəstəlik sandığımız , həkimə getmədən evdə müalicə etməyə çalışdığımız soyuqdəymə, qripə yoluxma halları artıb.
Əslində qrip virusa yoluxmadan 1 və ya 2 gün sonra başlayır. Adətən ilkin əlamətləri asqırma və qızdırma olur. Qrip virus tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır.

Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast gəlinənləridir. Qrip kəskin şəkildə olduqda sətəlcəmə çevrilir, ağırlaşma hallarında isə ölümlə nəticələnir. Biz isə ya həkimlərə, ya dərmanlara inamsızlıqdan xəstəliyi evdə, “moruqlu”, “zoğallı” çayla sağaltmağa çalışırıq...

XəzərNews.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova Modern.az-a bildirib ki, oktyabrın 1-dən bu günə qədər tibb müəssisələrindən 63 şübhəli yaxma nümunəsi daxil olub:

“Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasına ölkənin müxtəlif şəhər və rayonlarından daxil olan müraciətlərin 3-ü pozitiv olub. Onlardan 2-də paraqrip, 1-də adenavirus aşkarlanıb. Qrip infeksiyası isə tapılmayıb. Ümumi müraciətlərin 51-i isə 17 yaşa qədər uşaqlardan olub. Virus aşkarlananların hamısı uşaqlardır”.

Nazirlik rəsmisinin sözələrinə görə, xəstələr arasında ağırlaşma halı müşahidə edilməyib.

Xəbər 1611 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +