İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


25.11.2017  16:08 

Azərbaycanlılarla ermənilər GÖRÜŞƏCƏK





A+  A-

Bu ilin oktyabrında Tbilisidə keçirilən “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın 1-ci Qurultayında Nizamnamənin təsdiq olunması haqqında qərar qəbul olunub.
Nizamnaməyə uyğun olaraq “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”-nın İdarə Heyəti və Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvlərinin sayı, təmsilçilik prinsipi və tərkibi müəyyyənləşib.

Ümumi razılaşmaya əsasən, 19 nəfərlik İdarə Heyətində üzvlərin say proporsiyası 5-i erməni, 5-i azərbaycanlı, 9-u isə ATƏT-in Minsk Qrupuna daxil olan digər ölkələrin hərəsindən 1 nəfər olmaqla müəyyən edilib.

XəzərNews.az xəbər verir ki, qurultaydan sonra bu istiqamətdə görülən işlərlə bağlı Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın üzvü Rövşən Rzayev Modern.az-ın suallarına cavab olaraq bildirib ki, yeniliklər çoxdur.

“Gürcüstanın paytaxtı Tbilisi şəhərində bu platforma qeydiyyata alındı. Tamamilə yeni formatda konfrans keçirildi. Gələcək addımlarla bağlı qərarlar qəbul edildi. İndi isə bu istiqamətdə işlər davam edir”.

Rövşən Rzayev deyib ki, bu platformaya Ermənistandan qoşulanların sayı gözlədiklərindən də artıqdır:

“Sülh Platformasına qatılan insanların sayı çoxalır. Həm erməni millətindən olanlar, həm də xarici dövlətlərdən olanların sayında artım var. ATƏT-in Minsk qrupu çərçivəsində olan bütün dövlətlərin nümayəndələrini dəvət etmişik. Onlarla da yeni formatda işimizi qururuq. Yaxın günlərdə yenidən görüş gözlənir”.

Deputatın sözlərinə görə, bu platforma xalq diplomatiyasının bir hissəsidir və sülhə gedən yollardan biridir:

“Qurutlayda qərara alındı ki, Azərbaycan, Gürcüstan və Ermənistanda ofislər yaradılsın. Bu səpkidə hazırda işlər davam etdirilir”.

Xəbər 1561 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +