İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


12.06.2017  19:32 

Qaynadılmış su için, virus sudan keçib - Baş pediatrdan tövsiyə





A+  A-

Sumqayıtda uşaqlar arasında rotavirus infeksiyasının məhz sudan keçdiyi bəlli olub.
XəzərNews.az xəbər verir ki, bu barədə virtualaz.org-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri İmran Abdullayev bildirib.

İ.Abdullayev deyib ki, içməli suya çirkli suyun qarışdırılması nəticəsində virus yayılıb. “Götürülən analizlərin nəticələri də virusun məhz sudan keçdiyini təsdiqləyir. Hazırda xəstələrin vəziyyəti kafidir”, -mərkəz rəhbəri deyib.

Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov deyib ki, virusun qeydə alındığı ilk gündən nazirlikdə operativ qərargah yaradılıb: “Hazırda tək-tək müraciətlər daxil olur. Xəstələr nəzarətdədir. Müraciət tam kəsilənə və xəstələr sağalanadək qərargah fəaliyyətini davam etdirəcək”.

V.Qasımov Bakıda virusa yoluxma hallarının qeydə alınmadığını da söyləyib. “Rotavirus virusu məhz su vasitəsi ilə yayılır. Görünür, həmin gün içməli suya çirkli su qarışdırılıb. Hazırda su mənbələri də nəzarətdədir”.

Baş pediatr Nəsib Quliyev isə valideynlərə ehtiyatlı olmalarını, yalnız qaynadılmış sudan istifadə etməyi məsləhət görüb.

Xəbər 1404 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +