Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


24.02.2023  12:20 

“Trendyol” qalmaqalı davam edir... - Cavid Süleymanov işdən qovulmalıdır





A+  A-

“Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin nümayəndəsi Cavid Süleymanovun “Trendyol” un fəaliyyəti ilə bağlı açıqlamasını oxudum. Bu adam işdən qovulmalıdır, çünki açıqlaması sübut edir ki, nə işlədiyi orqandan, nə onun səlahiyyətlərindən, ən vacibi isə nə də məntiqdən xəbəri var”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, Antiinhisar fəaliyyəti haqqında qanunda deyilir ki, bazarda hökmran mövqedə olan şirkətlərlə məşğul olmalıdırlar, qanunun 4-cü maddəsi:

“Hökmran mövqe-təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur”.

İqtisadçının fikrincə, Cavid Süleymanov ilk öz işlədiyi orqan haqqında qanunu oxuyub-öyrənməlidir:

“Trendyol” bazarda hökmran mövqe tutan şirkət deyil, klassik anlamda pərakəndə satışla məşğul olan şirkət də deyil – yəni, Antiinhisar Komitəsinin bu işlə əlaqəsi yoxdur! Hə, işsizlikdən əziyyət çəkirlərsə getsinlər, məsələn, dərman bazarını yoxlasınlar, bu bazarda satış həcminin 50%-nə yaxınına nəzarət edən şirkətlər var.

Cavid Süleymanov daha sonra deyir: “Azərbaycan bazarındakı pərakəndəçi, “Trendyol”dakı qiymətlə rəqabət apara bilmir. Bu vəziyyətdə bir rəqabət orqanı olaraq bizim, ölkədə yerləşən pərakəndə satış məntəqəsini qorumaq öhdəliyimiz var” –

Dünyadan bixəbər məmur anlamır ki, onun işi vətəndaşın maraqlarını qorumaqdır, yəni, onlar sevinməlidirlər ki, RƏQABƏT var, online satışla ənənəvi satışın RƏQABƏTİNDƏN udan vətəndaşlar var, amma yox, bu məmurcuq rəqabətli mühitdə maraqlı deyil, əksinə RƏQABƏTİ BALTALAMAQDA maraqlıdır, deməli, vətəndaşın marağını deyil də, ölkədə Mall-ların sahiblərinin, onların fantastik icarə haqqlarının, məmurlara bağlı iri yerli satış təmsilçilərinin maraqlarını qorumağa çalışır.

Daha bir məsələ odur ki, Türkiyəyə qardaş, dost, strateji müttəfiq deyirlər, amma Türkiyə şirkətləri, məsələn, Rusiyada belə daha rahat işləyə bilirlər – bu da kənardan çox qeyri-səmimi görünür. Həm də, online ticarət dünyada 20 ildir sürətlə inkişaf edir, bu tək mal satmaq deyil, bu həm də infrastrukturdur, yeni iş yerləridir, İT sektorunun inkişafı, yeni bilikli kadrlar deməkdir. Hökumət isə belə düşünə bilmir, çünki “sovetləşmiş” məntiqlə yanaşırlar, yaşları cavan olanlar da belədir, çünki “sovetləşmə” yaş məsələsi deyil də, baş məsələsidir...”

Xəbər 1241 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +