Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


22.02.2023  14:49 

“Məqsəd hərbi təyinatlı qüvvələrin regiona cəlb edilməsidir“ - ŞƏRH





A+  A-

Fevralın 21-də saat 20:45-dən, fevralın 22-də isə saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan ordusuTovuz rayonunun Ağdam kəndi, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqelərimizə atəş açıb.

Bəs, bir müddətdir davam edən atəşkəs rejimi niyə pozulub? Ermən hərbçilərin dövlət sərhədimizdə, eləcə də Qarabağda növbəti təxribatlara əl atmasının səbəbi nədir?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən sabiq Xarici İşlər Naziri Tofiq Zülfüqarov bildirib ki, atəşkəsi pozan Ermənistan tərəfinin məqsədi bəllidir:
"Ermənistan bununla bu və ya digər şəkildə şərti sərhəddə xarici qüvvələrin yerləşdirilməsini təmin etmək istəyir. Avropa İttifaqının birinci missiyası sərhəddə yerləşəndə Ermənistan rəhbərliyi tərəfindən tez-tez belə fikirlər səslənirdi ki, müşahidəçilərin sayı yetərincə deyil. Ona görə ermənilər ənənəvi üslüba əl ataraq təxribatlar törədirlər. Məqsəd Azərbaycanı ittiham edib bölgəyə digər qüvvələri gətirməkdir. Daha dəqiqi, əsl məqsəd hərbi təyinatlı qüvvələrin regiona cəlb edilməsidir".

Sabiq nazirin sözlərinə görə, bu gedişlə sülh danışıqları nəticə verməyəcək:

"Əslinə qalsa, Ermənistanın məqsədi görüntü yaratmaqdır. Onlar danışıqlarda iştirak edərək, yalançı görüntü yaradırlar. Amma bəllidir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətində deyillər. Yəni, 30 il olduğu kimi yenə də anneksiya siyasətini davam etdirmək istəyirlər".

Xəbər 771 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +