Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


31.08.2022  11:12 

Sabiq deputatın dələduzluqda ittiham olunan qardaşı azadlıqda





A+  A-

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun külli miqdarda dələduzluqda ittiham olunan qardaşı Elşən Cəbrayılov azadlığa buraxılıb.

XəzərNews.az APA-ya istinadla bildirir ki, cinayət əməlinə görə bir müddət əvvəl barəsində həbs qətimkan tədbiri seçilmiş Elşən Cəbrayılov zərərçəkmişlərə dəymiş ziyanı tam ödəyib.
İstintaq orqanı buna görə, təqsirləndirilən şəxsin həbsinin davam etməsi ilə bağlı məhkəməyə təqdimat verməyib.

Elşən Cəbrayılov təcridxandan birbaşa azadlığa buraxılıb. Elşən Cəbrayılov barəsində cinayət işinə prokurorluq tərəfindən xitam verildiyi də bildirilib.

Onu da qeyd edək ki, Elşən Cəbrayılovun qardaşı Rafael Cəbrayılovun işi ilə bağlı da cinayət məsuliyyətinə cəlb olunması tələb olunur. Rafael Cəbrayılovun hüquqi varisi olan həyat yoldaşı və iş üzrə zərərçəkmiş şəxslər bununla bağlı məhkəməyə müraciət ediblər.

Nərimanov Rayon Məhkəməsi isə şikayəti əsassız hesab edərək rədd edib.

Xatırladaq ki, Elşən Cəbrayılov Nərimanov Rayon Pollis İdarəsi tərəfindən həbs olunmuşdu. Onun Vətən müharibəsi iştirakçısı da daxil olmaqla bir neçə nəfərə qarşı dələduzluq etdiyi iddia olunub.

Elşən Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət əməli törətməkdə şübhəli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər 1543 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +