Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


10.03.2020  17:24 

“İnternet təhsil barədə düşünməliyik” - Fazil Mustafa





A+  A-

"Koranavirusun ən böyük fəsadı təhsilimizə dəyəcək. Ali məktəbə hazırlaşan abituriyetnlərin işi daha çətin olacaq. Orta məktəblərdə və ali məktəblərdə dərslərə martın sonunadək ara verilib. Bu təxirəsalma müddətinin davam edib-etməyəcəyi də indidən bəlli deyil".
XəzərNews.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Deputat hesab edir ki, epidemiya təhlükəsi üzündən əhalinin bütün təbəqələrinin gəlir səviyyəsi də xeyli aşağ düşəcək.

"Neftin qiymətinin də katostrafik şəkildə aşağı düşməsi istər-istəməz öz sosial fəsadlarını göstərəcək. Bu bizdən asılı olmayan bəla olduğuna görə Azərbaycan cəmiyyəti daha çox həmrəylik və intizam nümayiş etdirməlidir. Bunun üçün birinci növbədə onlayn (internet) təhsil barədə düşünməliyik. Əksər evlərdə internet var, Rabitə Nazirliyi müəllimlər üçün güzəştli internet qiymətləri tətbiq etməklə, bütün müəllimlərin internet təminatına yardımçı olmalıdır. Müəllimlərin valideynlərlə və şagird-tələbələrlə onlayn əlaqə qurması bu problemi çözməyə əsasən imkan verəcək. Müəllimlər məktəblərdə təmin olunan internet şəbəkəsi üzərindən bu işi daha rahat həyata keçirə bilərlər. Razılaşdırılmış bir neçə ortaq saat müddətində bir sinif və ya qrup üçün günlük dərsləri keçmək mümkündür. Repititor formatlı təhsil alanlar üçün eyni metodu tətbiq etmək daha asandır. Bəlkə də daha irəliçi bir forma var, bunu mütəxəssislər daha rahatlıqla təklif edə biilərlər. Hər bir halda Təhsil Nazirliyi tərəfindən atılan çevik tədbirlər planı dəstəklənməlidir, qeyd etdiyimiz istiqamətdə də çox güman ki, mütəxəssislərin məsləhəti ilə ciddi qərarlar qəbul olunacaq", - deyə Fazil Mustafa bildirib.

Xəbər 1736 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +