Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


15.02.2019  18:23 

Tramp barışıq üçün maliyyə nazirini Çinə göndərdi





A+  A-

Bu gün Çin lideri Si Tsinpin Pekinlə Vaşinqton arasındakı ticarət və iqtisadi problemlərə son qoyaraq martın 1-dək ikitərəfli yeni ticarət sazişi imzalanmasına nail olmaq məqsədilə Pekinə səfər ABŞ maliyyə naziri Stiven Mnuçin və ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzeri qəbul edib.
XəzərNews.az xəbər verir ki, Çinin ABŞ-la mövcud iqtisadi-ticari mübahisələri əməkdaşlıq yolu ilə həll etmək istədiyini və bu həftə ərzində amerikalı nümayəndələrin iştirakı Pekində aparılan yüksək səviyyəli danışıqlarda irəliləyiş əldə olunduğunu vurğulayıb.

Çin lideri onu da bildirib ki, ABŞ-la ticarət danışıqları gələn həftə Vaşinqtonda davam etdiriləcək. Amerikalı rəsmilər isə vurğulayıblar ki, hələ görüləsi çox iş olsa da, ölkələrinin maraqlarına cavab verən saziş imzalanacağına ümid edirlər.

Qeyd edək ki, Vaşinqton 90 gün ərzində Pekinlə əsas ticarət mübahisələrində razılıq əldə edilməzsə, Çin mallarına qoyulan 200 milyard dollarlıq gömrük rüsumlarını daha da artıraraq 10%-dən 25%-ə qaldıracağını bəyan edib. Çinə verilən 90 günlük möhlət martın 1-də başa çatacaq.

Tramp həmin vaxtadək çinli həmkarı ilə görüşməyəcəyini deyib. Mənbələr isə bildirir ki, martda ya Floridada, ya da Pekində Trampla Çin lideri Si Tsinpin arasındakı növbəti görüşün keçirilməsi gözlənilir.

Xəbər 1338 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +