Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


14.02.2018  15:46 

Məhəmməd Vəliyev və onun müavini hakim qarşısında – Veteranların haqqını “YEMƏKDƏ“ ittiham olunurlar





A+  A-

Azərbaycan-Əfqanıstan Veteranları Birliyinin sədri Məhəmməd Vəliyev və onun müavini Cavan Əhmədov dələduzluq, rüşvət alma, sənədlərin saxtalaşdırılması kimi ittihamlarla məhkəmə qarşısına çıxarılıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.
XəzərNews.az xəbər verir ki, təqsirləndirilən şəxslər rəhbərlik etdikləri təşkilata üzv olan veteranların şikayətindən sonra məsuliyyətə cəlb olunublar. Şikayətçilər bildiriblər ki, 8 mindən çox üzvü olan təşkilatda korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

“Prezidentin tapşırığı ilə 2005-ci ilin mart ayında veteranların fərdi ev tikintisi üçün 10,35 ha torpaq sahəsi ayrılıb. Bizim sosial vəziyyətimizin yaxşılaşdırılması istiqamətində müəyyən tapşırıqlar verilib. Ancaq birliyin sədri Məhəmməd Vəliyev bizim bu imtiyazlardan istifadə etməyimizə mane olur. Biz başa düşə bilmirik, heç Əfqanıstan müharibə veteranı olmayan bir insan necə birliyin sədri ola bilər.

Özlərinə yaxşı biznes qurublar. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə, veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satır. Əgər araşdırılsa, torpaq sahiblərinin heç müharibə veteranı olmadığı aydın görünər. Hətta birliyin Dilarə Əliyeva 251 ünvanında yerləşən ofisi də bu yaxınlarda satılıb”, – şikayət ərizələrindən birində belə yazılıb.

Şikayətçilər iddia edir ki, dövlət tərəfindən ayrılmış yardımlar da rəhbərlik tərəfindən mənimsənilib. Onların sözlərinə görə, 11 il ərzində heç bir hesabat müşavirəsi keçirilməyib, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.

Zərərçəkmişlər 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndərdikdən sonra onların şikayəti araşdırılması üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində göndərilib. Cinayət işi başlanıb və təşkilatın sədri ilə onun müavini cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər 1305 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +