Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


04.08.2017  12:03 

“Qardaşımın ölümündə günahkar Elçin Quliyev oldu“ - Generalın məhkəməsində gərginlik





A+  A-

MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Malik Mustafevin epizodu üzrə şahid dinlənilib.

Şahid İradə Hümbətova ifadəsində deyib ki, zərərçəkmiş Mətləb Mustafayevin bacısıdır.

O, evlərində MTN əməkdaşları tərəfindən qanunsuz axtarış aparıldığını deyib.

Zərərçəkmiş Mətləb Mustafayev deyib ki, bacısının və intihar edən qardaşı Malikin evində qanunsuz axtarış aparılıb.

"Qardaşımın ölümündə günahkar Elçin Quliyev oldu"- deyə zərərçəkmiş bildirib

General Elçin Quliyev isə zərərçəkmişə etiraz edib və yalan danışdığını deyib. General zərərçəkmişin ona əl uzadaraq danışmamasını istəyib.

Hakim tərəflərə xəbərdarlıq edib.

Bildirək ki, general Elçin Quliyevin cinayət işi üzrə istintaq materiallarından aydın olur ki, mərhum MTN zabiti Malik Mustafayevin intihar etmə səbəbi qardaşına və özünə qarşı edilən təzyiqlər olub.

MTN-nin Situasiya Mərkəzinin rəis müavini vəzifəsində işləmiş Malik Mustafayev 2014-cü ildə işdən çıxarıldıqdan bir müddət sonra intihar etmişdi.

Onun qardaşı Mətləb Mustafayev qanunsuz silah saxlamaqda təqsirli bilinərək həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah daşıma) maddəsi ilə təqsirli bilinərək 2 il müdətinə azadlıqdan məhrum edilmişdi. MTN ləğv edildikdən sonra 2016-cı ilin sonlarında azadlığa buraxılmışdı.

İstintaq materiallaında qeyd edilir ki, general Elçin Quliyev Malik Mustafayevi 6 sentyabr 2014-cü ildə xidməti otağına çağıraraq 4 saata yaxın onunla söhbət edib. Elçin Quliyev Mətləb Mustafayevə qardaşının əməllərindən şikayət edib.

General bildirib ki, qardaşı Mətləb Mustafayev əvvəllər işlədiyi Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edildikdən sonra müxtəlif dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə şikayət məktubları ünvanlayaraq müxtəlif vəzifəli şəxslər haqda şikayətlər edir.

Malik Mustafayev isə qardaşının şikayət ərizəsi yazmasından xəbərsiz olduğunu deyib. Bundan sonra Elçin Quliyev Malik Mustafayevə təklif edib ki, qardaşı Mətləb Mustafayev dövlət orqanlarında yüksək vəzifə tutan və sahibkarlıqla məşğul olan ayrı-ayrı şəxslərin xidməti və sosial mövqelərinə uyğun olmayan fəaliyyətlə məşğul olmaları, konkter cinayət əməlləri törətmələrinə dair həqiqətə uyğun olmayan məlumat versin. Malik Mustafayevin bu təzyiqlərdən sonra intihar etdiyi bildirilir.

(musavat.com)

Xəbər 1919 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +