AMİU-nun iki tenderi bir gündə ləğv olunub
Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib


28.11.2022  13:03 

Namazda hüzuri-qəlb nə deməkdir?





A+  A-

Namazın ədəblərindən biri də bütün diqqəti namaza yönəltmək və kənar düşüncələrdən uzaq olmaqdır.

Buna dini mənbələrdə “hüzuri-qəlb”, yəni qəlbin namazda hazır olması, qəlbin namazda iştirak etməsi deyirlər. İmam Əli (ə) bu barədə buyurmuşdur: “Sizlərdən heç kim yorğun və yuxulu halda namaz qılmasın, özü barədə düşünməsin, çünki o, izzət və cəlal sahibi olan Rəbbinin hüzurundadır. Bəndənin namazından yalnız qəlbi ilə (hüzuri-qəlb ilə) qıldığı hissə qəbula yetər” (Bihar əl-ənvar, 84-cü cild, səh. 239).

İmam Cəfər Sadiq (ə) hüzuri-qəlbə nail olmağın yolu barədə belə buyurmuşdur: “Qibləyə sarı durduğun zaman dünyanı və onun içindəkiləri, məxluqları (insanları) və onların içindəkiləri (insanların söz və düşüncələrini) unut. Səni Allahla bağlılıqdan ayırıb özünə məşğul edən hər şeydən qəlbini təmizlə. Batini gözünlə Allahın əzəmətini duy, hər kəsin qabaqcadan göndərdiyi ilə (yəni öz əməlləri ilə) qarşılaşacağı gün Onun qarşısında durduğunu xatırla...” (Müstədrək əl-Vəsail, 4-cü cild, səh. 95-96).

Hüzuri-qəlbin mənası, ona nail olmağın yolları və buna mane olan amillər barədə əxlaq və irfan kitablarında ətraflı məlumatlar verilmişdir. Xüsusilə, bu mövzuda Mirzə Cavad Məliki Təbrizinin “Əsrar əl-səlah” (“Namazın sirləri”) kitabını oxumağı tövsiyə edirik.

XəzərNews.az

Xəbər 4480 dəfə oxunub.



28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +