AMİU-nun iki tenderi bir gündə ləğv olunub
Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib


16.05.2022  10:33 

Siqaret çəkməyin DİNİ baxımdan hökmü nədir?





A+  A-

Hər şeydən əvvəl qeyd edək ki, siqaret çəkmək sağlamlıq baxımından ziyanlıdır. Siqaret çəkməyin bioloji ziyanları elm tərəfindən çoxdan sübuta yetirilib.
Orqanizmdən asılı olaraq, bu ziyan bir şəxs üçün həddən artıq təhlükəli, digər şəxs üçün az təhlükəli ola bilər. Bundan əlavə, siqaret maddi baxımdan da insana ziyan gətirir, siqaretə xərclənən gündəlik pullar ailə büdcəsindən çıxılır.

Lakin siqaret çəkməyin dini baxımdan hökmü barədə fikirlər müxtəlifdir.

Bir qrup alimlər siqaretin sağlamlığa ziyan olduğunu əsas gətirərək, onu qəti şəkildə haram bilirlər. Bunların arasında əhli-sünnə (daha dəqiq desək, sələfi-vəhhabi) alimləri üstünlük təşkil edir, amma bəzi az sayda şiə alimləri də bu fikri dəstəkləmişlər.

Əksər alimlərin fikrinə görə isə, siqaret çəkmək bəyənilməz əməl və vərdiş olsa da, öz-özlüyündə günah (haram) deyil; amma əgər bir şəxsin sağlamlığına ölümcül təhlükə törətdiyi sübuta yetərsə, onun siqaret çəkməsi öz canına qəsd etmək sayılar və günah olar. Bəzi alimlər siqaret çəkən şəxslərin bu vərdişi davam etdirməsini icazəli bilmiş, amma əvvəllər siqaret çəkməmiş adamın buna başlamasını haram saymışlar. Hər bir halda, müsəlmanın bu zərərli vərdişdən çəkinməsi daha yaxşıdır.

Mənbə: islam.az

Xəbər 4736 dəfə oxunub.



28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +