Sabiq məmur oğlunun 1 milyonluq məhkəmə işi
AMİU-nun iki tenderi bir gündə ləğv olunub
Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb


21.12.2021  23:32 

Qəbir əzabını yüngülləşdirmək üçün nə etmək olar?





A+  A-

Qəbir əzabını yüngülləşdirmək üçün mərhumun ruhunu rəhmətlə yad etmək, Quran oxuyub savabını onun ruhuna bağışlamaq faydalıdır.

Mərhumun adından sədəqə vermək, ehsan etmək, müsəlmanlara fayda yetirən fəaliyyətlə məşğul olmaq (məsələn, quyu qazdırmaq, yol salmaq, məscid, xəstəxana, məktəb tikdirmək) və bunların savabını mərhuma hədiyyə etmək də yaxşı olar.

Dəfn gecəsində, işa namazından sonra “vəhşət namazı” adlı namaz qılmaq da məsləhətdir. Vəhşət namazı 2 rükətdir. Birinci rükətdə Fatihədən sonra ayətül-kürsi oxunur, ikinci rükətdə isə 10 dəfə Qədr surəsi deyilir.

Namazın axırında bu cür dua edilir: “Allahümmə salli əla Mühəmmədin və ali-Mühəmməd. Vəb’əs səvabəha ila qəbri fülan” (“fülan” sözünün yerinə mərhumun adı deyilir).

Duanın tərcüməsi: “İlahi, Sənin salavatın olsun Mühəmmədə və Onun nəslinə. Bu namazın savabını filankəsin qəbrinə göndər”./islam.az

Xəbər 2124 dəfə oxunub.



28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +