AMİU-nun iki tenderi bir gündə ləğv olunub
Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib


15.12.2021  15:25 

Kart oynamaq icazəlidirmi?





A+  A-

Şəriətə görə, qumar niyyəti ilə hər hansı vasitədən istifadədən etmək günahdır və haramdır.

Bir qism alimlər bəzən qumar aləti kimi istifadə edilən vasitələrin də hər cür işlədilməsini haram bilirlər. Yəni oyun kartları həm qumar aləti, həm də qumarsız oyun vasitəsi kimi tanınırsa, ehtiyata uyğun olaraq ondan heç bir yolla yararlanmaq olmaz.

Amma bəzi alimlərun fikrincə, müəyyən əşya cəmiyyətdə həm qumar, həm də qeyri-qumar aləti kimi tanınırsa, ondan qeyri-qumar niyyəti ilə faydalanmaq olar. Lakin həmin alimlər də bu zaman qeyd edilən vasitələrdən çəkinməyi daha məqsədəuyğun sayırlar.

Kartdan istifadəni hər bir halda haram bilən müctəhidlər burada ehtiyati-vacib şərtini irəli sürdükləri üçün onlara təqlid edilən şəxs bu məsələdə digər müctəhidlərin rəyinə müraciət edə bilər.

Yəni əgər kartdan istifadəni mütləq haram bilən müctəhiddən elmi baxımdan daha sonra gələn (və ya onunla eyni səviyyəli elmə malik olan) bir müctəhid kartdan qeyri-qumar məqsədi ilə istifadəni icazəli sayırsa, birinci müctəhidin müqəllidi bu məsələdə ikinci müctəhidə təqlid edərək, kartdan qeyri-qumar məqsədi ilə istifadə edə bilər.

Sonda bir daha qeyd edirik ki, bu kimi məsələlərdə müsəlmanları daha artıq ehtiyatlı olmağa və şübhəli vasitələrdən uzaq durmağa çağırırıq./islam.az

Xəbər 1688 dəfə oxunub.



28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +