AMİU-nun iki tenderi bir gündə ləğv olunub
Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib


25.11.2021  19:20 

Kim yuxuda peyğəmbərlərdən, imamlardan birini görmək istəyirsə...





A+  A-

Müqəddəs şəxsləri yuxuda görmək üçün hansısa əməl varmı?

Bu barədə dini mənbələrdə müxtəlif üsullar qeyd edilmişdir. Onlardan bir neçəsi barəsində Əllamə Məclisinin “Bihar əl-ənvar” kitabında məlumat verilir.

Əllamə Məclisi böyük cəfəri alimi Şeyx Kəfəmiyə istinadən yazır ki, kim yuxuda peyğəmbərlərdən, imamlardan birini yaxud öz valideynini görmək istəyirsə, yatmazdan əvvəl dəstəmaz alsın, “Şəms”, “Qədr”, “Kafirun”, “İxlas”, “Fələq” və “Nas” surələrini oxusun. Sonra “İxlas” surəsini daha 100 dəfə tilavət etsin, Peyğəmbərə (ə) və nəslinə 100 dəfə salavat söyləsin. Daha sonra sağ böyrü üstə uzanıb yatsın.

Əgər belə etsə, o adam öz məqsədinə çatar, yuxuda görmək istədiyini görər, hətta yuxuda gördüyü şəxs (peyğəmbər, imam və ya öz valideyni) onunla danışar və onu maraqlandıran suallara cavab verər.

Qeyd edək ki, bu arzunun həyata keçməsi insanın niyyətinin səmimiliyindən və iman dərəcəsindən də asılıdır, bunlar olmasa mümkündür ki, arzu həyata keçməsin.

Mənbə: islam.az

Xəbər 2031 dəfə oxunub.



28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +