Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


05.04.2023  18:55 

Narkomaniyaya “YOX” deyək





A+  A-

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsində “Narkomaniyaya “YOX” deyək!” mövzusunda seminar keçirilib.

XəzərNews.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın katibi, “Sosial iqtisadi inkişaf uğrunda” İctimai Birliyinin sədri Sevda Məmmədova, UNEC-in “Maliyyə və mühasibat” fakültəsinin tələbələri iştirak ediblər.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üçün İş Planı çərçivəsində keçirilən tədbirdə narkomaniyaya yol açan sosial, bioloji və psixoloji amillər, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri, narkomaniya ilə mübarizənin effektiv üsulları, eləcə də bu sahədə məlumatlandırma və maarifləndirmə tədbirlərinin genişləndirilməsi zəruriliyindən bəhs olunub.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



Xəbər 1045 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +