Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


15.01.2020  13:14 

Bibiheybət yolu nə vaxt tam açılacaq?





A+  A-

“Bibiheybət yolunda aparılan təmir-tikinti işləri may ayına kimi yekunlaşdırılacaq”.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda yol kənarında yeni istinad divarı tikilir:

“Bibiheybət yolunun tikintisi zamanı yolun səviyyəsini mövcud yolla bərabərləşdirmək üçün tökmə torpaqlardan istifadə olunub. Tökülmüş torpaqların çökməsinin qarşısını almaq üçün isə istinad divarları çəkilib. Ancaq divarların tikintisində müəyyən xətalar olub. Bundan başqa, həmin zaman yolda 4 hərəkət zolağı olsa da, sonradan istinad divarının möhkəmliyi nəzərə alınmayaraq yol genişlədirib. Zaman keçdikcə divar ona düşən gücü qaldıra bilmədiyindən uçub. Hazırda yeni istinad divarı tikilir və yolun 2 hərəkət zolağı istifadəyə verilib. Planlaşdırılıb ki, bu ilin may ayına kimi işlər yekunlaşdırılacaq və 4 hərəkət zolağı da istifadəyə veriləcək.

Mətbuatda və ya ictimaiyyət arasında belə bir məlumat dolaşır ki, Bibiheybət yolu çöküb. Bibiheybət yamacında yol çökməyib, istinad divarı uçub”.

Xəbər 1597 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +