Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


04.11.2017  13:06 

Deputatlığa namizədlə bağlı tələblərdə YENİLİK





A+  A-

Milli Məclisə seçkilərin təyin edilməsi və seçkilər zamanı namizədin qeydə alınması qaydaları da dəyişdirilir.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 145-ci (Milli Məclisə seçkilərin təyin edilməsi) və 148-ci (Milli Məclisə seçkilər zamanı namizədin qeydə alınması) maddələrinə dəyişiklik təklif edilir.

Təklif olunan dəyişikliyə görə ( 145.1-ci maddə) Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə, 98.1-ci maddəsinin II hissəsinin ikinci cümləsinə, 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Digər təklif olunan dəyişiklikdə (148.6-cı maddə) isə göstərilib ki, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd müvafiq dairə seçki komissiyasına və seçki dairəsinin ərazisində yerləşən hər bir məntəqə seçki komissiyalarına bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilər.

Seçki Məcəlləsinə dəyişikliklər Milli Məclisin payız sessiyasında müzakirə ediləcək.

Xəbər 1570 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +