Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


02.06.2017  10:27 

Azərbaycanda 1,6 milyon insan iş yeri ilə təmin edilib





A+  A-

“Azərbaycanın 2004-cü ildə Avropa Sosial Xartiyaya qoşulmasından sonra 1,6 milyon insan iş yeri ilə təmin edilib”.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov AŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf və Avropa Şurasının Avropa Sosial Xartiyası Departamentinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Avropa Sosial Xartiyası prizmasında Azərbaycanda sosial-iqtisadi hüquqların möhkəmləndirilməsi” adlı milli parlament seminarında deyib.

O bildirib ki, ölkədə işsizlik 5 faizə endirilib: “Ölkə prezidentinin dediyi kimi, sosial sahə ölkənin prioritet sahəsidir və bu sahənin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanda son illər güclü sosial təminat sistemi formalaşıb, islahatlar aparılıb, müasir tələblərə uyğunlaşdırılmış istiqamətdə addımlar atılıb. Azərbaycan bu sahədə beynəlxalq tələb və standartlara cavab verir. Hər kəsin əmək və sosial hüquqları ölkənin Konstitusiyasında əksini tapıb. Azərbaycan prezidenti ötən 13 ildə bu sahədə 81 fərman və sərəncam imzalayıb. Sosial müdafiə sahəsində hər ay 2 milyon 330 min vətəndaşa 316 milyondan çox vəsait ödənilir”.

Xəbər 1486 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +