Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


31.05.2017  21:39 

Bu da Xarici Kəşfiyyat Xidmətinin emblemi





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında fərman imzalayıb.
XəzərNews.az xəbər verir ki, fərmana əsasən Azərbaycan Respublikası "Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında Əsasnamə” təsdiq edilir.

Sənəddə qeyd edilir ki, "Xarici Kəşfiyyat Xidmətinin embleminin təsviri” təsdiq edilsin.

Əsasnamədə bildirilir ki, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi xarici kəşfiyyat orqanları əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə mənsubiyyətini bildirən nişandır. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi Xarici Kəşfiyyat Xidmətinin blanklarında, xarici kəşfiyyat orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir.

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin embleminin təsvirindən Xarici Kəşfiyyat Xidmətinin çap məhsullarında, kino, video və fotomateriallarında və Xarici Kəşfiyyat Xidmətinin sifarişi ilə hazırlanan reklam-informasiya və suvenir məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar) istifadəyə yol verilir.

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi göy (peyğəmbərçiçəyi) haşiyəli tünd göy dairə formasındadır. Dairənin kənarında qövs boyunca tünd qızılı hərflərlə yuxarıda “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağıda “XARİCİ KƏŞFİYYAT XİDMƏTİ” sözləri yazılıb.

Xəbər 2050 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +