“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


03.04.2017  12:14 

“Cocuq Mərcanlıda ilk qəsəbə Qurtuluş günündə istifadəyə veriləcək”





A+  A-

“İlkin mərhələ üçün Cocuq Mərcanlı kəndində aparılan tikinti işləri 2 aya yekunlaşacaq, mayda başa çatacaq. Eyni zamanda kənddə Şuşa məscidinin analoqu olan məscid də tikiləcək”.
Bunu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfərdə olan baş nazirin müavini, Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Ə. Həsənov Cocuq Mərcanlıda ilk qəsəbənin açılışının 15 iyun - Qurtuluş günündə baş tutmasının nəzərdə tutulduğunu açıqlayıb: “Mən inşaatçılardan işlərin daha sürətlə həyata keçirilməsini xahiş etdim. İnşaatçılar nə mümkündürsə, edirlər. 10-15 günə bu işlər görülübsə, böyük nəticədir. Heç bir yerdə insanlar belə həvəslə işləmirlər. Bu kəndin ab-havası, qayıdış prosesdə tikintinin sürətinə təsir edib”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

(apa.az)

Xəbər 2056 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +