“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


17.09.2021  19:16 

Lavrov və Şoyqu nazirlikdən gedir? - Sergeylər seçimi özləri edəcək





A+  A-

Rusiyada parlamentin (Rusiyada Dövlət Duması) aşağı palatası 39 federativ bölgənin parlamenti və bəzi bölgələrdə icra və yerli seçkilər üçün səsvermə prosesinə başlayıb.
XəzərNews.az xəbər verir ki, namizədlər arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya müdafiə naziri Sergey Şoyqu da var.

Yeni növ koronavirus (Kovid-19) tədbirləri səbəbindən bu gündən etibarən 3 gün davam edəcək səsvermə prosesi əvvəlcə ölkənin şərqində yerləşən Kamçatka və Çukotka Muxtar vilayətlərində başlayıb. Paytaxt Moskvada insanlar səhər saatlarından etibarən seçki məntəqəsinə gediblər.

Ölkə daxilində və xaricdə 110 milyon seçici səs verə biləcək. Seçkilərdə 14 partiya Dövlət Dumasında 450 yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, parlamentin üzvləri hər 5 ildən bir seçilir.

Onu da deyək ki, bu dəfə Putinin sağ əli olan S.Şoyqu və S.Lavrov da parlamentə namizədlər siyahısındadır. Putin onların vəzifədən getmələri barədə danışarkən bildirmişdi ki, onların gedib və ya qalmaları Rusiyaya yüksəf səviyyədə xidmətlərinə görə öz öhdəliklərinə verilib.

Bildirilib ki, Şoyqu və Lavrov hakimiyyətdə əsas çoxluğa sahib olan Rusiya Prezidenti Vladimir Putinin partiyası - "Vahid Rusiya"dan öz namizədliklərini irəli sürüblər.

Onlar parlamentə seçiləndən sonra nazirlik vəzifəsindən istefa verib-verməyəcəyi, ya da Dumaya qatılacaqları barədə qərarı özləri verəcək.

Xəbər 1989 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +