“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


22.12.2020  10:43 

Yeni virus Ukraynada da ortaya çıxdı





A+  A-

Ukraynada koronavirusun mutasiyaya uğramış yeni növü ortaya çıxıb.
XəzərNews.az xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər üzrə həkim Viktor Petrov məlumat verib.

“B.1.1.7 SARS-CoV-2” virusu Çexiyadan Ukraynanın Zakarpatya bölgəsinə gələn vətəndaşda aşkarlanıb.

“Xəstənin adı Nikolaydır və onda yeni virus aşkarlanıb. Bununla da, mutasiya olmuş yeni virus ortaya çıxmış oldu. Bu virus qrip və Hepatit C xəstəliyi kimi sürətlə yayılır”, - deyə Petrov qeyd edib.

Ukraynanın Avropa İttifaqındakı (Aİ) nümayəndəsi Nikolay Toçitskiy “Ukrayna Səhiyyə Nazirliyi Avropa Sağlamlıq Təhlükəsizliyi Komissiyası və Avropa Komitəsi ilə İngiltərədə ortaya çıxan virusun mutasiya növü ilə əlaqədar gündəlik məlumat mübadiləsi aparır və ünsiyyətdədir. Mövzu birbaşa Səhiyyə Nazirliklərinin mütəxəssisləri tərəfindən müzakirə edilir”,- deyə bildirib.

Qeyd edək ki, mutasiyaya uğramış yeni növ virus indiyə qədər İngiltərə, Danimarka, Niderland, Avstraliya, Cənubi Afrika və İtaliyada aşkar edilib.

Xəbər 1616 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +