“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


26.01.2018  10:14 

“O görüntülərdəki həqiqətən də bizik“ - FOTO





A+  A-

Aktrisa Buse Narcı qonaq olduğu proqramda aktyor-müğənni Özcan Dənizin özündən 20 yaş kiçik hamilə sevgilisi Feyza Aktana onunla xəyanət etməsindən danışıb.
XəzərNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Buse görüntüdəki insanların həqiqətən onlar olduğunu bildirib:

"Onu bir ildir görmürəm və oyandıqda onunla bir görüntüdə olmaq məni çox kədərləndirdi. Bu cür xaırlanmaq istəməzdim. Hər halda, ortada bir hamilə qadın var və özümü onun yerinə qoydum. Allah bilir, indi nə haldadır.

Ora bir çox adamın girib-çıxdığı yerdir. Tam olaraq, hara olduğunu da bilmirəm. Bəlkə də, ticarət mərkəzlərindən biridir. O görüntülərdəki həqiqətən də bizik. Demək, bizi müxtəlif vaxtlarda, amma eyni məkanda görüb belə bir çirkin əməl ediblər".

Xatırladaq ki, ötən gün Özcan da haqqında çıxan məlumatların yanlış olduğunu bildirib. O, İnstaqram səhifəsində yazıb:

“Bu gün haqqımda çıxan xəbər həqiqət deyil. Hər kəsin girib-çıxdığı yeri “otel” adlandırıb, təhlükəsizlik kamerası görüntüləri montajlanaraq düzəldilib. Oranın hara olduğu və niyə orada olduğum ailəm tərəfindən bilinən və gizli olmayan məlumatdır. Mən də, ailəm də bu xəbərin üstündə dayanmırıq”.

Qeyd edək ki, dünən Özcanla keçmiş sevgilisi Busenin otellərin birində görüşdüyü iddia olunub. Gizlicə görüşən keçmiş sevgililərin hətta görüntüləri yayılıb.

Dənizlə Narcı 1 il yarım əvvəl ayrılıblar. Ondan sonra aktyor Feyza ilə görüşməyə başlayıb. Hazırda 6 aylıq hamilə olan Aktanın oğlu dünyaya gələcək. Cütlük yaxınlarda nikah masasına oturmağı planlaşdırır.


Xəbər 1586 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +