Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


24.05.2022  12:16 

“Azərbaycan prinsipial yanaşma ortaya qoyur“ - Deputat





A+  A-

"Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş nazir Nikol Paşinyanla üçtərəfli görüş və görüşdə müzakirə edilən məsələlər Azərbaycan və Ermənistan arasındakı məsələlərin həll edilməsi, yəni sülh istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Milli Məclisin deputatı Madər Musayev çıxış edib.

M.Musayev bildirib ki, Brüsseldə keçirilən üçtərəfli görüşün Azərbaycan üçün çox böyük əhəmiyyəti var:

"Əsas əhəmiyyətlisi odur ki, Azərbaycan tərəfinin bundan əvvəlki görüşlərdə də irəli sürdüyü 5 maddədən ibarət sülh sazişinə hazırlıq mərhələsində müzakirə olunacaq məsələlər görüş zamanı bir daha öz təsdiqini tapdı. Ümumilikdə, Brüssel görüşü sülh istiqamətində atılmış mühüm addım oldu.

Əsas məsələlərdən biri də əldə edilən razılıqda Dağlıq Qarabağ ifadəsinin yer almaması, Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığı, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı Ermənistan və Azərbaycan tərəfinin görüşü, eyni zamanda kommunikasiyaların açılmasının olmasıdır.

Beləliklə, Brüsseldə baş tutan üçüncü üçtərəfli görüş də Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Azərbaycan qətiyyətli mövqeyini davam etdirir, prinsipial yanaşma ortaya qoyur və strateji hədəflərinə doğru addımlayır. Proseslərin gedişatı regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik, qarşılıqlı faydalı əməkdaşlıq mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır".


Xəbər 4575 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +