Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


07.08.2020  10:53 

Tramp “TikTok”la bağlı fərman imzaladı





A+  A-

ABŞ Prezidenti Donald Tramp "TikTok" və "WeChat" tətbiqləri ilə bağlı fərmanlar imzalayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb. Fərmana görə tətbiqetmələrin aid olduğu Çinin "Bytedance" və "Tencet" şirkətləri ilə hər hansı bir sazişə qadağa qoyulacaq. Fərmanlarda, "TikTok" və "WeChat" tətbiqlərinin ABŞ-ın milli təhlükəsizliyinə, iqtisadiyyatına və siyasətinə təhlükə törətdiyi qeyd olunub. Tətbiqlərdə istifadəçi məlumatları, o cümlədən məkan məlumatları və axtarış tarixi toplandığı bildirilib.

"Bu, potensial olaraq Çinə federal işçilərin və müqavilə işçilərinin yerini izləməyə, şantaj üçün şəxsi məlumatların saxlanılmasına və sənaye kəşfiyyatı aparmağa imkan verir",-deyə fərmanda qeyd olunub. Trump, tətbiqləri həmçinin senzurada günahlandırıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti "Microsoft" və ya başqa bir Amerika şirkətinin 15 sentyabr tarixinədək "TikTok`u satın alınmalı olduğunu, əks təqdirdə tətbiqin ölkədə qadağan ediləcəyini bildirmişdi. "Microsoft" şirkəti isə tətbiqin alınması ilə bağlı danışıqlar apardığını açıqlamışdı.



Xəbər 1737 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +