Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


26.01.2023  12:43 

“İnsanları süründürmək düzgün deyil“ - Deputat





A+  A-

"Azərbaycan torpaq islahatı elə-belə aparılıb, bu sahədə problemlər hələ də həll olunmayıb".

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Eldar İbrahimov bildirib.

"Abşeron rayonunda, Bakının Suraxanı və Binəqədi rayonlarında problemli torpaqlar var. Bunların taleyi necə olacaq? İnsanları qeyri-qanuni süründürmək düzgün deyil. Bu qanunlar nə üçündür? Onları təkcə savadlı insanlar deyil, sadə insanlar da oxuyub-başa düşməlidir, eyni zamanda qanunlar bir-birini təsdiq etməlidir.

Bəzi rayonlarda torpaq məsələsinə görə insanlar incidilir. Bu məsələləri yekunlaşdırmaq lazımdır. Ümumilikdə əmlak məsələlərində qarışıq məqamlar var. Kim nə iş görür araşdırılmalıdır. Keçən dəfə nazirliyin əməkdaşları da iclasda iştirak edirdi, amma hələ də qaldırılan məsələlər öz həllini tapmayıb”, - deyə deputat qeyd edib./Report

Xəbər 1439 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +