Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


01.12.2022  16:38 

Ət harada daha ucuzdur: Bakıda, yoxsa rayonda?





A+  A-

Ətin regionlarda ucuz, Bakıda və digər ərazilərdə daha baha olması məsələsinə aydınlıq gətirilib.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elmir Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputatların sualını cavablandırarkən bildirib ki, burada iqtisadi amillər var.

O vurğulayıb ki, ətin qiymətini sahibkarlar tənzimləməkdə azaddır: “Ətin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmir. Onun qiymətinin fərqli olmasında iqtisadi amillər var. Yəni, ətin mənbədən ticarət şəbəkələrinə daşınması və digər xərclər var. Lakin biz “Daxili ticarət haqqında” qanun layihəsi hazırlayırıq və bu layihə təchizatçılarla ticarət şəbəkələri arasında münasibətləri tənzimləyəcək və bu da öz növbəsində qiymətlərə müsbət təsir edə bilər”.

Qeyd edək ki, daha əvvəl komitə iclasında çıxış edən deputatlar ətin qiymətinin son aylar bahalaşmasından, regionlarla paytaxtda qiymətlərdə kəskin fərqin olmasından şikayətləniblər.

Xəbər 1461 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +