Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


24.09.2018  09:17 

Dəniz yolu ilə daşınan yüklərin həcmi artıb





A+  A-

2018-ci ilin yanvar-avqust aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5 milyon 559,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,3 faiz artıb. Yüklərin 54,1 faizini neft məhsulları təşkil edib.
XəzərNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, dəniz limanlarında 6 milyon 508,9 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 milyon 164,0 min tonunu və ya 94,7 faizini tranzit mallar təşkil edib. Cari il sentyabrın 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 153,6 min ton olub.

Sözügedən dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 14,2 faiz azalaraq 10,9 min nəfər olub.

Xəbər 1950 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +