Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


31.03.2025  23:40 

“Çoban” “Şərurlu İsfəndiyar“ və savadlı cahillər...





A+  A-

Tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundovun "Mən oturmuşam, çoban. Amma alimlər işləyir, pullar da gəlir”, deməyi geniş rezonans doğurub.

Əminəm ki, özünə “çoban” deməsydi, bu açıqlamaya heç fikir verən olmazdı.

Bizim insanlarımız "Şərurlu İsfəndiyar"ı “çoban” deyə aşağılayan statuslar paylaşırlar. Eləsi var ki, 2-3 diplomu var, gözün açandan oxuyur, amma pulu yoxdur.

"Hərfləri tanımıram, yazı yaza bilmirəm. Mən neyləməliyəm? Getdim "İnturist”ə bir otaq götürdüm. On nəfər çox savadlı adamları işə aldım. Onlara yanımda işləməyi təklif etdim”. Onlara, yəni ağıllı adamlara 10-15 min dollar maaş verdim.

Əslində biz "Şərurlu İsfəndiyar"ı təqdir etməliyik. Ən azı ona görə ki, o, savadsız olsa da savadlı adamlara dəyər verir. Onlarla işləməyi lazım bilir.

Kaş ki, Azərbaycanda "Şərurlu İsfəndiyar" kimi savadsızlar çox olaydı...

Problem isə ondadır ki, ölkədə savadlı olan adamlar var ki, çobanlarla işləməyə üstünlük verirlər. Niyə çobanlara üstünlük verirlər? Çünki qohum-əqrəbanı, dost-tanışı, öz yerlilərini savadlı adamlardan üstün bilirlər. Belələri savadlı olsa da mahiyyətdə cahildir...

Mən öz payıma yazı-pozusu olmayan “çoban” "Şərurlu İsfəndiyar"ı bu savadlı cahillərdən qat-qat üstün və millət üçün xeyirli şəxsiyyət hesab edirəm...

Elbəyi Həsənli
Sürix


Xəbər 1799 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +