Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO
Kiyevdə azərbaycanlı alimin də evi raket hücumundan zərər gördü
Hava şəraiti dəyişkən buludlu olacaq
Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib


19.02.2025  14:49 

“Qobu Park“ sakinləri cavab axtarır: “Yəzid“ kimdir?





A+  A-

"Qobu Park-3" yaşayış kompleksinin sakinindən redaksiyamıza müraciət daxil olub. Vətəndaşın sözlərinə görə, son bir aydır həftə sonları suyun təzyiqi aşağı düşür.

XəzərNews.az xəbər verir ki, Oxu.Az-a danışan sakin Taleh Məmmədli qeyd edib ki, məsələ ilə bağlı "Qobu Park-3" yaşayış kompleksinə və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etsə də, şikayətinə məhəl qoyan yoxdur.

Problem ilə bağlı hər iki qurumun mövqeyini öyrənməyə cəhd etsək də, məsuliyyəti üzərinə götürən qurum ortaya çıxmadı.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, "Qobu Park-3" ünvanında olan nasos stansiyası İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında deyil:

"Nasos stansiyası Mənzil İstismarı Sahəsinin balansında olduğuna görə, sakinlərə suyun verilməsi və təzyiqinə nəzarət eləmirik.

Hər hansı müraciət daxil olduqda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən lazımi köməklik göstərilir. Sakinlərin su təchizatı "Qobu Park-3" yaşayış kompleksi tərəfindən həyata keçirilir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti MTK-larda suya nəzarət prosesini yalnız suyun ötürüldüyü anbara qədər həyata keçirmək səlahiyyətinə malikdir".

Məsələ ilə bağlı məlumat almaq üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Emil Vəliyevlə əlaqə saxladıq. O bildirdi ki, motorların gücü çatmır ki, təzyiqi qaldırsın:

"Ümumiyyətlə, Qaradağ rayonunda su problemi olduğuna görə, bizə fasilələrlə verilir. Məhz buna görə də motorların gücü çatmır ki, təzyiqi qaldırsın. səkkiz, doqquz, onuncu mərtəbələrdə suyun təzyiqində problem yaranır. Bu problem İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinindir, bizim deyil. Suyu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti satır, abonentlərdən pulu da onlar yığır. Su verilməyəndən sonra biz necə cavabdehlik daşıya bilərik? Qaradağ rayonunda su verilişi kəsiləndə bizdə də problemlər yaranır.

Bizim işimiz odur ki, problemləri vaxtında aidiyyəti qurumlara çatdıraq. Biz nə su, nə işıq, nə də qaz satırıq. Su gəlib anbara yığılır, olanda veririk, olmayanda yox".

Xəbər 1358 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +