Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


12.10.2023  08:32 

Hamınızın obyektləri, biznesi var da, elə gözünüz məni görüb?!





A+  A-

"Bank BTB-nin Ramiz Mehdiyevə aid olduğu çoxdan bilinirdi. O isə dünən deyib ki, mənim deyil, oğlumundur. Oğlu (Söhbət fövqəladə hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyevdən gedir) isə general, nazir müavini və məmurdur. Sonra da düzəliş edib ki, bankı oğlu idarə edir, amma həyat yoldaşının adına rəsmiləşdirilib".

Xəzərnews.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

REAL-ın icra katibi hesab edir ki, məntiqlə məmurların bizneslə məşğul olmaq qadağasına görə, Ramiz Mehdiyevin oğlu ya işdən çıxarılmalı, ya da biznesdən getməlidir:

"Amma olmayacaq, bu ölkədə məntiq yoxdur. Ramiz Mehdiyev də sanki açıq danışıb meydan oxuyur ki, hamınızın obyektləri, biznesi var da, elə gözünüz məni görüb?! Çox maraqlıdır ki, uzun zamandır susqun qalan Ramiz Mehdiyev Rusiyadan yüksək rütbəli məmur ölkəmizə səfər edən, rus gəmisi Bakı limanına gələn gün danışıb. Yəni, mən hələ də buralardayam ha..."

Xəbər 3797 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +