Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


11.10.2023  10:39 

Miller Lavrovun bəyanatına cavab verdi





A+  A-

ABŞ-nin İrəvan-Bakı münasibətlərində yeganə məqsədi Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyi təmin etməkdir.

Xəzərnews.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O, Rusiya XİN rəhbəri Sergey Lavrovun “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə - beynəlxalq sülhün, sabitliyin açarıdır” adlı məqaləsində yer alan fikirlərinə münasibət bildirib.

M. Miller vurğulayıb ki, ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında yeganə məqsədi Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin təmin edilməsidir.

Miller onu da əlavə edib ki, ABŞ Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarının müdafiəsini təmin etməkdə də maraqlıdır.

Xatırladaq, S. Lavrov bildirib ki, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-stabillik toxumu səpməyə davam edir.

O əlavə edib ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır.//Yenisabah

Xəbər 4049 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +