Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


24.09.2021  18:29 

“Yaxşılıq terrorçu bir rejimin başa düşəcəyi bir şey deyil” – Sabir Rüstəmxanlı





A+  A-

“ABŞ-ın dövlət katibi Mayk Pompeo 2021-ci il İran Müqavimət Hərəkatı ilə bağlı deyib: İran dinin dövlətdən ayrıldığı, demokratik və nüvəsiz bir ölkəyə çevrilməlidir. İndiki rejim başçıları mühakimə olunmalıdır. Sabah yox, gələn həftə yox, gələn il deyil, elə bu gün”.
XəzərNews xəbər verir ki, bu barədə açıqlama ilə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edib.

S.Rüstəmxanlı bildirib ki, İran prezidenti minlərlə iranlı siyasi məhbusun kütləvi edam edilməsində şəxsən məsuliyyət daşıyır: “Onlardan 5000-dən çoxunun adı açıqlanmışdır. Anonim məzarlarda dəfn olunanlar minlərlədir. Bu, bəşəriyyətə qarşı cinayətdir. İbrahim Rəisi ilə hər hansı bir razılaşma, qatillə müqaviləyə bərabərdir”.

VHP sədri vurğulayıb ki, İran rejiminin liderləri təkcə öz ölkələrinə və İran xalqına hakim olmaq istəmirlər, əksinə, iştahları Bağdaddan Tehrana, Şamdan, Beyrutdan Sənaya qədərdir: “Rejim daxilində mötədillərin olması barədə aldatmaları bir kənara qoymalıyıq. Yaxşılıq terrorçu bir rejimin başa düşəcəyi bir şey deyil. Üsyanları yatırmaq və İran xalqını özünə tabe etmək üçün pandemiyadan istifadə edirlər. Bu, tamamilə qəbuledilməzdir”.


Xəbər 2005 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +