Azərbaycanda bir çox klinika bağlanacaq
“Yelo Bank”ın filialında müdir müştərini döyüb
Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?


07.02.2021  10:07 

Teymur Rəcəbov 5 oyundan 3 xal toplayıb





A+  A-

“Champions Chess Tour” çərçivəsində “Opera Euro Rapid” turnirinə start verilib.
XəzərNews.az-ın məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışın ilk günündə 5 tur oynanılıb.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov keçirdiyi 5 görüşün heç birində məğlubiyyət acısı yaşamayıb. Sem Şenklendə (ABŞ) qalib gələn qrossmeyster Mattias Blyubaum (Almaniya), Lenye Dominqes (ABŞ), Yan Kşiştof Duda (Polşa) və Aleksandr Qrişukla (Rusiya) heç-heçə edib.

Beləliklə, Teymur günü 3 xalla başa vurub və 4-6-cı yerlərə şərikdir. Turnir cədvəlinə həmyerlimizdən 1 xal çox toplayan Maqnus Karlsen (Norveç) başçılıq edir. Uesli So (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) isə 3,5 xala malikdir.

Turnirin ikinci günündə Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Vidit Qudjrati (Hindistan) və Danil Dubov (Rusiya) təmsilçimizə rəqib olacaq. Dairəvi sistemlə keçirilən turnirin ilkin mərhələsinin son günündə - fevralın 8-də Rəcəbov Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Uesli So (ABŞ) və Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.

Qeyd edək ki, yarışda 16 şahmatçı üç gün ərzində dairəvi sistemlə mübarizə apardıqdan sonra pley-offa 8 vəsiqənin sahibini müəyyənləşdirəcək. Turnirə fevralın 14-də yekun vurulacaq.

Xəbər 2121 dəfə oxunub.



11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +