Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


08.12.2020  19:26 

“Vilyarreal” - “Qarabağ” matçı baş tutmayacaq





A+  A-

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində qarşılaşacağı "Vilyarreal"la oyunöncəsi növbəti dəfə koronavirus testindən keçib.
XəzərNews.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, daha iki futbolçuda - Şahruddin Məhəmmədəliyev və Xayme Romeroda testin nəticəsi pozitiv olub.

Ötən həftə koronavirusa yoluxan 7 oyunçu Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov və Kevin Medinada da nəticə eyni olub. Bədavi Hüseynov və Patrik Andrade isə zədə səbəbindən növbəti oyunu buraxmalı olacaq. Son testləri neqativ çıxan Maksim Medvedev və Musa Qurbanlı da həkim məsləhəti ilə tam məşqləri bərpa etməyib.

Beləliklə, UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər iki qapıçı) "Vilyarreal"la oyunda iştirak edə bilməyəcək.

Bu səbəbdən Azərbaycan çempionunun "Vilyarreal"la dekabrın 10-da keçirilməsi nəzərdə tutulan matçı baş tutmayacaq. Qarşılaşma haqda qərar UEFA tərəfindən veriləcək.



Xəbər 1908 dəfə oxunub.



11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +