FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


07.01.2022  11:02 

İğtişaşlar 100 milyon dollardan artıq ziyan vurub





A+  A-

Qazaxıstandakı son iğtişaşlar ölkəyə 100 milyon dollardan artıq ziyan vurub. Zərərin miqyası genişlənməkdədir.

Qazaxıstan Daxili İşlər Nazirliyinin xəbərinə görə, artıq 2 mindən çox şəxs həbs edilib. Təhlükəsizlik qüvvələri arasında ölənlərin sayı 18-ə çatıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMK) Qazaxıstana hərbi qüvvə göndərilməsini davam etdirir.

Qeyd edək ki, Qazaxıstan əksər iqtisadi göstəricilərə görə MDB-də ikinci yerdədir. Belə ki, adam başına düşən ÜDM-nin həcminə görə Qazaxıstan Rusiyadan sonra ikincidir: illik 9 min dollar. Orta əmək haqqı məbləğinə görə də, Ukraniya ilə birlikdə şimal qonşumuzdan sonra birlikdə öndədir. 373 dollar orta aylıq əmək haqqısı olan Qazaxıstanda illik ixrac 66 milyard dollardır. Bu göstəriciyə görə sözügedən ölkə dünyada ilk əllilikdə olmaqla MDB-də ikincidir.

Qazaxıstandakı hadisələr birjalara da təsirsiz ötüşməyib. Qlobal bazarda uranın qiyməti təxminən 8 faiz bahalaşaraq bir funt üçün 45,25 dollara çatıb. Qeyd edək ki, Qazaxıstan dünyadakı uran ehtiyatının təxminən 40 faizini istehsal edir. Bu arada, bitkoin də 47300 dollardan 41 400 dollaradək ucuzlaşıb.

Bütün bunlar fonunda, son iğtişaşlardan Qazaxıstan iqtisadiyyatı da itkisiz çıxmayacaq. Reallıq budur ki, Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan yeni mərhələyə qədəm qoyur. Ümid edirik ki, qardaş Qazaxıstan xalqı bu proseslərdən az itki ilə çıxa biləcək.

Vüqar Bayramov
Millət vəkili


Xəbər 1565 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +