İntim videolarla məşhurlaşan polkovnik azadlığa çıxdı
“Şərq” qəzetində ixtisarlar başladı
“Megastore”dan alınan konfetdən qurd çıxıb - Foto
Sabah yağış yağacağı ehtimalı var
Qəzza istənilən yolla tərxis olunacaq - Netanyahu
Maduronun “qaçış marşrutları”: Siyahıda Azərbaycan da var
Məişət tullantıları poliqonunda meyit tapılıb
Bu bank bayrağımızda yanlışlığa yol verdi - FOTO
Təyyarə niyə 3 yerə bölünüb? - YENİ DETALLAR
DSX-nın baş çavuşu bu xəstəliyə görə vəfat edib


10.11.2017  12:21 

Bakıda yol qəzasında 2 polis öldü





A+  A-

Bu gün saat 07 radələrində Bakıda dəhşətli yol qəzası baş verib.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 23 dövlət qeydiyyat nişanlı "FİAT Doblo" markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə avtomobili idarə edən polis əməkdaşı Kərimov Qoşqar Salman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər polis əməkdaşı Məmmədov Elnur Eldar oğlu isə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Hadisə nəticəsində daha bir polis əməkdaşının ağır xəsarət aldığı bildirilir. O, xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, polislər xidməti əraziyə gedərkən qəzaya düşüblər.

Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə yerində vəfat edən Q.Kərimovun 32 yaşı olub. 35 yaşlı Elmir Məmişov isə təcili tibbi yardımla aparılarkən 14 saylı xəsətəxananın həyətində vəfat edib.

Yaralı olan 32 yaşlı Kamal Vəliyev isə hazırda 3 saylı xəstəxanada müalicə alır, onun səhhəti orta ağırdır.

Xəbər 2612 dəfə oxunub.




17.11.2025  10:30 

Şəhid anası vəfat etdi -FOTO

16.11.2025  20:50 

Avtomobil dərəyə aşdı

16.11.2025  20:47 

İstanbuldan ÜZÜCÜ XƏBƏR

15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl


BÜTÜN XƏBƏRLƏR +