Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Yol polisindən Allaha şikayət edən kimdir?
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu
Əvəz Zeynallı Türkiyəyə gedir
Çağırışdan yayınsanız... - Cərimələnəcəksiz


07.11.2019  11:58 

“Rayonların su pasportu hazırlanır” - “Azərsu” sədri





A+  A-

“Abşeron yarımadasında böyük işlər görülüb. Fasiləsiz su alanlar 30 faizdən 81,5 faizə qalxıb”.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov mətbuat konfransında deyib. Sədr bildirib ki, Bakıətrafı 27 qəsəbədə 270 km uzunluğunda su xətti çəkilib:

“Hazırda Gəncə, Şəki, Şirvan, Qax və Şəmkir rayonlarında kanalizasiya işləri aparılır. 5 rayonda isə - Yevlax, Bərdə Horadiz, Balakən, Neftçala işlərə artıq start veriləcək.

Yağıntıların az olması ilə bağlı iyun, iyul aylarında bir neçə rayonda su çatışmazlığı yaşandı. Bu səbəbdən Gədəbəy və Lerikdə alternativ su mənbələrinin tikilməsinə başlanılıb, gələn il isə Şamaxı, Tovuz və Şəkidə başa çatması planlaşdırılıb.

Regionlarda suyun keyfiyyəti ilə bağlı onu deyə bilərəm ki, regional laboratoriyalar yaradıldı və ilk mərhələdə qurumun öhdəliyində olan bütün su mənbələrinin nəzarətə götürülməsi planlaşdırılır. Rayonların su pasportu hazırlanır. Bir çox kənd var ki, orada ciddi su problemi var və artıq 18 kənddə layihə əsasında işlərə başlanılıb”.

***

O bildirib ki, gələn il Badamdar 3-cü massivində kanalizasiya işləri tamam başa çatacaq: "Bildiyimiz kimi bu ərazi sürüşmə zonasındadır. Həmin ərazidə işlər bütövlükdə başa çatdırılacaq. Mən deyə bilmərəm ki, sürüşmə tamamilə kanalizasiya sistemi ilə bağlıdır. Bununla bağlı nəticələr ictimaiyyətə təqdim olundu. Sadəcə düşünürəm ki, bu, nüanslardan biri ola bilər.

Həmçinin yenidənqurma işləri Xırdalanda da ilin sonuna kimi başa çatacaq. Bu ərazidə əhali sayında sürətli artım müşahidə olunub. Layihənin birinci mərhələsi başa çatacaq, sonradan yeni işlərin görülməsinə başlanılacaq. Kollektorlar olmadan biz şəbəkə ola bilmərik. Orada vacib işlər görüləcək.

Xəbər 1732 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +