Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


31.10.2018  14:46 

“Hakimiyyət tələb etdi ki, oyunu uduzaq”





A+  A-

Futbol üzrə Əlcəzair yığmasının sabiq baş məşqçisi Rabah Saadan qalmaqallı açıqlama ilə gündəmə gəlib.
XəzərNews.az xəbər verir ki, Saadan Əlcəzair hakimiyyətinin, 2010-cu ildə Afrika Millətlər Kubokunun yarımfinalında Misirlə keçirilən oyunda, onlardan uduzmalarını tələb edib. Baş məşqçi bu tələbi rədd etdiyini bildirsə də, futbolçular tapşırığa əməl edərək, Misirə 0:4 hesabı ilə məğlub olublar:

“Bu qarşılaşmadan iki ay əvvəl biz Misiri məğlub edərək, DÇ-2010-un final mərhələsinə vəsiqə qazanmışdıq. Afrika Millətlər Kubokunun yarımfinalından əvvəl Əlcəzair hakimiyyəti mesaj göndərdi ki, oyunu Misirə verək.

Mən imtina etdim. Onlar dedilər ki, biz onsuz da DÇ-yə gedirik. Misirə Afrika Millətlər Kubokunda qalib gəlmək çox vacibdir. İmkan verməliyik ki, misirli qardaşlarımız bu kuboku qazanıb, evə yaxşı əhvalda qayıtsınlar.

Ancaq futbolçular meydana çıxanda vəziyyətin necə olduğunu anladım. Başa düşdüm ki, futbolçulara da tapşırıq verilib və onlar bu tapşırığa əməl edəcəklər”.

Misir yığması 2010-cu ildə finalda Qanaya 1:0 hesabı ilə qalib gələrək Afrika Millətlər Kubokunu qazanıb.

Xəbər 1567 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +