Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


14.10.2018  12:53 

Arda Turan Türkiyə xalqından üzr istəyəcək - İddia





A+  A-

Başakşehir klubunun futbolçusu Arda Turan müğənni Berkayla arasında baş verən davaya görə çətin günlər yaşayır.
XəzərNews.az-ın “Hurriyet”ə istinadən məlumatına görə, son günlər ölkə mətbuatının gündəmindən düşməyən futbolçu haqqında yeni bir iddia səsləndirilib.

“TRT Spor”un idman şərhçisi Bahri Hayadırın sözlərinə görə, Turan Başakşehirin təlim məşqində 40 dəqiqə məşq etdikdən sonra komanda yoldaşları və texniki heyətdən hallalıq istəyib. Lakin onun bu istəyi qəbul edilməyib.

Belə ki, rəhbərlik tərəfindən Ardaya külli miqdarda pul cəzası veriləcəyi, həmçinin klubun təşkil edəcəyi mətbuat konftransında onun bütün Türkiyə xalqından üzr istəyəcəyi ifadə olunub.

Qeyd edək ki, Arda Turanın gecə klublarından birində müğənni Berkayın həyat yoldaşı Özlem Şahinə sataşdığı, sənətçini isə döydüyü bildirilir. İddiaya görə, bundan sonra xəstəxanaya yerləşdirilən Berkayın yanına gedən Turan ona qarşı silah da yönəldib.

Xəbər 1936 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +