“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


30.03.2022  18:40 

Gəncədə zorlanan qızdan xəbər var...





A+  A-

Gəncə şəhərində 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair qızın ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciətlə bağlı məsələ Ombudsman tərəfindən nəzarətdə saxlanılır.

XəzərNews.az Ombudsmanın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciəti əsasında azyaşlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib, onun tibbi müayinəsi və müalicəsi təşkil olunub.

Eyni zamanda, Ombudsmana müraciəti əsasında yeniyetmə və ailə üzvləri müvafiq səhiyyə müəssisəsində nevroloji müayinələrə cəlb olunublar.

Ailəyə sosial-psixoloji yardımın göstərilməsi məqsədilə Ombudsman tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edilib və yeniyetmə ailə üzvləri ilə birlikdə sosial xidmət müəssisəsinə yerləşdirilib.

Bununla yanaşı, ailənin sosial problemlərinin həllində müvafiq köməyin göstərilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb.

Xəbər 1949 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +